“Neftçi”dən xorvatiyalı forvard üçün 1 milyon avro istədilər

21 İyul 2023 01:20 Neftçi 2 499
“Neftçi”dən xorvatiyalı forvard üçün 1 milyon avro istədilər

“Neftçi” “Rapid”in forvardı Marko Duqandziçi heyətinə qatmaq istəyib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “ağ-qaralar”In yeni baş məşqçisi Adrian Mutu yaxından tanıdığı forvardı sərəncamında görmək istəyib.

Lakin Buxarest təmsilçisi 29 yaşlı forvardın gedişinə imkan verməyib. Buna səbəb isə xorvatiyalıya alternativin olmamasıdır.

Bununla yanaşı, “Rapid” Marko üçün “Neftçi”dən 1 milyon avro transfer məbləği istəyib. Bu iki səbəbə görə transfer baş tutmayıb və “Neftçi” hazırda başqa forvardlarla danışıq aparır.

“Osiyek”, “Ternana”, “Botoşani”, “Soçi”, “ÇFR Kluj” klublarının formasını geyinmiş Duqandziçin hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti