“Neftçi”nin Konfransdakı rəqibi “Qarabağ“ın “ev“ində bəlli oldu

20 İyul 2023 23:20 Neftçi 975
“Neftçi”nin Konfransdakı rəqibi “Qarabağ“ın “ev“ində bəlli oldu

“Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” bu raundda Bosniya və Herseqovinadan “Jelezniçar” ilə üz-üzə gələcək.

Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi “Minsk”i yenib - 2:1.

Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda “Azersun Arena”da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı - 2:2.

“Neftçi” II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti