“Neftçi”dən ayrılan məşqçi Premyer Liqa klubuna təyinat aldı

20 İyul 2023 17:40 Neftçi 1 932
“Neftçi”dən ayrılan məşqçi Premyer Liqa klubuna təyinat aldı

“Nefçi”nin məşqçisi Vadar Nuriyev iş yerini dəyişib.

Son illərdə seleksiyaçı kimi paytaxt klubunda çalışan mütəxəssis bundan sonra “Araz Naxçıvan”da fəaliyyət göstərəcək.

O, Premyer Liqaya qayıdan Muxtar Respublika təmsilçisində Azər Bağırova köməkçi təyin olunub

Beləliklə, Premyer Liqanın 2023-2024-cü il mövsümündə iştirak edəcək “Araz-Naxçıvan”da məşqçilər korpusu müəyyənləşib.

Baş məşqçi Azər Bağırovun 6 köməkçisi olacaq.

Vadar Nuriyevdən savayı, Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcək.

Baş məşqçi Azər Bağırov və köməkçiləri ilə bir illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti