"Payızda Rusiya klubları ilə yoldaşlıq oyunlarının keçirilməsi barədə danışmaq tezdir.
Lakin "Neftçi" onlarla əməkdaşlıq edəcək".
Sportinfo.az xəbər verir ki, bunu TASS-a açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.
Funksioner Rusiyadakı təlim-məşq toplanışı təşkilinin ani şəkildə olduğunu bildirib:
"Payızda yenidən yoldaşlıq matçları keçirmək olarmı? Hazırda heç nə deyə bilmərəm. Ancaq səmərəli şəkildə əməkdaşlıq edəcəyik".
"Ağ-qaralar" Sankt-Peterburqdakı hazırlıq prosesində "Matç TV" beynəlxalq turnirində iştirak ediblər.
Bakı klubu "Zenit"ə (Rusiya) 1:3, "Srvena Zvezda"ya (Serbiya) 0:4, "Fənərbağça"ya (Türkiyə) 0:1 hesabı ilə uduzub. "Neftçi" iyulun 18-də Moskvadakı yoxlama oyununda isə "Spartak"a yenilib - 0:2.

