Mutu Rumıniyadan "Neftçi"yə kimləri gətirəcək? - VİDEO

20 İyul 2023 14:40 Neftçi 2 502
Mutu Rumıniyadan "Neftçi"yə kimləri gətirəcək? - VİDEO

“Mirça Rednik Rumıniyadan yaxşı futbolçular gətirmişdi, Adrian Mutu da bunu edə bilər”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

Tanınmış teleşərhçi ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi”nin yeni baş məşqçisi Adiran Mutunun transfer siyasətindən danışıb.

O, rumıniyalı mütəxəssisdən ösz edərkən, həmyerlisi Mirça Rednikin vaxtilə “Xəzər Lənkəran”da gördüyü işləri xatırlayıb:

“Rednik bura gələndə Rumıniyadan tandıığı bir qrup futbolçunu da “Xəzər Lənkəran”a götürdü. Onun tanıdğı legionerlər Azərbaycan çempionatına rəng qatdı.

Mutunun da Rumıniyadan tanıdıqları var. hansını gətirə bilirlər, hansını gətirə bilmirlər - bu, artıq başqa məsələdir.

Çünki transfer məsələləri büdcəyə bağlıdır. Bildiyimizə görə, rəhbərlik Mutuya “yaşıl işıq” yandırıb.

Kifayət qədər yaxşı futbolçular gətirə bilər. Fikirləşirəm ki, “Neftçi” növbəti sezona bir qədər də yenilənmiş heyətlə başlayacaq”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti