"Rapid"dən braziliyalı müdafiəçi Yuri Matiası sıralarına qatan "Neftçi" Daniel Qraovaçın transferində problemlə üzləşib.
Adrian Mutunu baş məşqçi postuna gətirən bakılılar bosniyalı stopperin keçidinə çox çalışır, di gəl, "Kasımpaşa" müqavilə ilə ona məxsus olan bosniyalını buraxmaqdan imtina edib.
Hərçənd ki, yeni çalışdırıcı Rumıniyadan yaxşı tanıdığı mərkəz oyunçusunun özüylə danışaraq, Azərbaycana gəlməyə razı salmışdı.
Super Liqa təmsilçisi 2022-ci ildən formasını geyinən 29 yaşlı balkanlını satmaq fikrində olmaması barədə bakılı həmkarlarını məlumatlandırıb.
Bosniya və Herseqovinanın əsas yığmasında 3 matçp çıxmış Qraovaç 2019-2022-ci illəri Rumıniyada keçirib. İlk 2 ildə «Astra»nın, növbəti mövsümü iəs «CFR Kluj»un şərəfini qoruyub.
Yeniyetməlik illərində «Sloboda Novi Qrad» və «Dinamo»nun (Zaqreb) sıralarında yer almış bosniyalı Rumıniyadan öncə Xorvatiya («Zrinjski Mostar»), Belçika («Muskron») və Serbiyada («Voyvodina») legioner həyatı yaşayıb.
SPORTİNFO.AZ

