“Neftçi” Rusiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.
“Ağ-qaralar” Moskvada “Spartak”la qarşılaşıb.
Buna qədər Sankt-Peterburqda “Match TV” turnirində iştirak edən “Neftçi” Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbağça” (0:1) klubları ilə qarşılaşıb.
“Otkrıtiye Bank Arena”da keçirilən görüş Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.
Moskvada yaşayan azərbaycanlılar bu matçda “Neftçi”ni tək buraxmayıb. Qadın və kişi bilmədən.
Yüzdən artıq həmyerlimiz stadiona təşrif buyuraraq, “Neftçi”yə dəstək verib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

