“Neftçi”nin prezidenti: “Görək necə olacaq, işləmək lazımdır”

19 İyul 2023 20:40 Neftçi 1 279
“Neftçi”nin prezidenti: “Görək necə olacaq, işləmək lazımdır”

“Ümid edirəm ki, “Spartak”la əməkdaşlıq hər iki klub üçün, Azərbaycan futbolunun burada, Rusiya futbolunun isə ölkəmizdə təbliği baxımından səmərəli olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev “Match TV”yə müsahibəsində deyib.

Futbol funksioneri Moskva “Spartak”ı ilə imzalanan əməkdaşlıq memorandumunun onlara geniş imkanlar qazandıracağını düşünür:

“Biz bu məsələdə optimistik. Əməkdaşlıq təkcə dostluq görüşlərinin keçirilməsindən ibarət deyil.

Fikrimcə, “Zenit”lə də eyni şəkildə işləyəcəyik. Ünsiyyət qurmaq, işləmək lazımdır. Məncə, “Zenit” və “Spartak”la yaxşı dostluq münasibətlərimiz olacaq”.

O, “Spartak”la daha bir yoxlama görüşünün keçiriləcəyini istisna etməyib:

“Bu oyunu hələ açıqlamamışıq. Görək necə olacaq. “Spartak”ın yeni baş direktoru ilə əlaqə saxlayacağıq”.

“Otkrıtiye Bank Arena”da keçirilən “Spartak”la “Neftçi” arasında keçirilən yoxlama görüşündə Rusiya klubu 2:0 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti