Emin Mahmudov: “Bundan narahat deyiləm, komandada mənə arxalanırlar”

19 İyul 2023 19:20 Neftçi 806
Emin Mahmudov: “Bundan narahat deyiləm, komandada mənə arxalanırlar”

“Bu yaxınlarda baş məşqçi təyin olunan Adrian Mutu ilə yeni mərhələdən keçirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov “euro-football.ru” saytına müsahibəsində deyib.

31 yaşlı yarımmüdafiəçi artıq bütün diqqətlərini Konfrans Liqasına yönəltdiklərini bildirib:

“Bir həftə sonra avrokuboklarda oyunumuz var. Düşünürəm ki, yavaş-yavaş Avropa yarışlarına hazırlaşacağıq.

Meydandakı mövqeyim isə məni narahat etmir, hər şey qaydasındadır. Komandada mənə arxalanırlar”.

“Neftçi” Konfrans Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Ağ-qaralar”ın rəqibi “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti