“O, komandamızın düşərgəsində yer almayıb və tibbi baxışdan da keçməyib”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.
Son günlər yayılan xəbərlərə görə, Ayaz Quliyev Sankt Peterburqda "Neftçi"nin düşərgəsində bir neçə gün qalıb və tibbi baxışdan keçib.
Qeyd olinur ki, “Ximki" 26 yaşlı dayaq yarımmüdafiəçisinin transferi üçün 600 min avro istəyib və klublar transfer qiymətində razılığa gələ bilməyib.
Odur ki, azərbaycanlı oyunçu "Ximki"yə qayıdıb və "Tümen"lə səfər qarşılaşmasında 55 dəqiqə meydanda olub.
Rusiya birinci liqasının ilk turunun qarşılaşması Tümen təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.
R.Allahverdiyev bildirib ki, millimizə namizəd olan futbolçu əvvəllər onların transfer siyahısında yer alıb:
“İndi isə Ayazla danışıqların aparılmasından xəbərsizəm. Bircə o dəqiqdir ki, Ayaz “Neftçi”nin düşərgəsində olmayıb.
Nəinki bir neçə gün, heç bir neçə dəqiqəlik də bura gəlməyib”.

