"Neftçi" Moskvada "Spartak"la yoldaşlıq görüşündə üz-üzə gəlib.
Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Adrian Mutuya qiymət vermək onun oyun fəlsəfəsinin komandaya aşılamaq baxımından şərh etmək hələ tezdir:
"İlk olaraq deyim ki, Mutu futbolçu profili olaraq hamının rəğbət bəslədiyi simadır.
Futbolçular da qəbul edirlər ki, ona etiraz etmək, nəsə bir "oyun" çıxarmaq mümkün olan deyil. Odur ki, diqqətlərini futbola verməlidirlər.
İndi isə gələk Moskvadakı yoldaşlıq görüşünə. "Spartak"la matçda "Neftçi" daha çox topu rəqibə verib, topsuz oyunda iştiraka çalışırdı.
Qazanılan topları müdafiə arxasına atmaqla, fərq etmir - uzun və ya dioqanal - epizodlar yaratmaq istəyirdi.
"Neftçi"nin topu oyuna daxil edərkən önəmli məqam rəqibin basqısından qurtularaq zonalardan boşluğa çıxmağı bacara bilməməsi idi.
Yeni transfer Yuri Matias ilk matçında pis təsir bağışlamadı. Bir qolda brazilIyalı mərkəz müdafiəçisinin səhvi olsa da...
Ancaq müdafiə xəttinə ciddi əl gəzdirmək lazımdır. Matiasın da iş əmsalını bu profillər çox aşağı salacaq.
Zonalardan zonalara keçidlərdə gec qallrlar, İkinci zonada ciddi top itkiləri qapı qarşısında təhlükəli epizodlara səbəb olur.
Bir sözlə, "Neftçi"yə azı 6-7 transfer lazımdır. Hazırki oyunçular yetərsizdir".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

