Rumıniya mətbuatı "ÇFR Kluj"dan "Neftçi"yə keçən Yuri Matiasın Azərbaycanda qazanacağı məvacibi açıqlayıb.
Sportinfo.az "Prosport"a istinadən xəbər verir ki, bakılılarla 2 illik müqavilə imzalayan braziliyalı müdafiəçi ayda 18 min avro (təxminən 34 min 400 manat) maaş alacaq.
28 yaşlı “sambaçı” “Akademika de Koimbra”, “Traktor”, “Qaz Metan” klublarında oynadıqdan sonra 2022-ci ildə “ÇFR Kluj”a keçib.
"Neftçi"nin bu transfer üçün ÇFR-ə 400 min avro təzminat ödəyəcəyi iddia olunur.

