"Neftçi" Moskvada "Spartak"a 2 qolla uduzdu

18 İyul 2023 23:03 Neftçi 1 619
"Neftçi" Moskvada "Spartak"a 2 qolla uduzdu

Rusiyada təlim-məşq toplanışında olan “Neftçi” yeni mövsüm öncəsi son yoxlama görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki,,Bakı klubu Moskvada yerli “Spartak" ilə üz-üzə gəlib.

“Otkrıtiye Bank Arena”da baş tutan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Spartak”ın heyətində 34-cü dəqiqədə Pavel Meleşin, 37-ci dəqiqədə isə Kuinsi Promes fərqləniblər.

Bununla da “Neftçi”nin yay təlim-məşq toplanışı başa çatıb. İyulun 19-da Bakıya qayıdacaq komanda hazırlığın son mərhələsini paytaxtda davam etdirəcək.

Buna qədər Sankt-Peterburqda “Match TV” turnirində iştirak edən “Neftçi” Rusiyanın “Zenit” (1:3), Serbiyanın “Srvena Zvezda” (0:4) və Türkiyənin “Fənərbağça” (0:1) klubları ilə qarşılaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti