Haqqında çox danışılan braziliyalı rəsmən “Neftçi”də!

18 İyul 2023 18:00 Neftçi 1 743
Haqqında çox danışılan braziliyalı rəsmən “Neftçi”də!

“Neftçi” növbəti transferini reallaşdırıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, braziliyalı futbolçu Yuri Matiasla 2 illik müqavilə bağlanıb.

28 yaşlı mərkəz müdafiəçisi “ağ-qaralar”ın heyətində 44 nömrəli formanı geyinəcək.

Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və ÇFR (2022-2023) klublarında çıxış edib.

O, 2021/2022 mövsümündə ÇFR-lə Rumıniya çempionu olub.

“Neftçi” bundan əvvəl Azərbaycan yığmasının üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti