“Rövşən Nəcəf geridə qalan müddət ərzində atdığı addımlarla nümayiş etdirdi ki, futbolu çox yaxşı bilir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq müdafiəçisi Mahir Şükürov deyib.
Illər öncə “ağ-qaralar”ın şərəfini qorumuş, kapitan sarğısı taxmış veteran futbolçu hazırki prezident Kamran Quliyevin vəzifəsindən göndəriləcəyi yönündə xəbərlərə münasibət bildirib:
"Xatırlayırsızsa, onun buna layiq olmadığını açıq şəkildə, çəkinmədən bildirmişəm. Artıq deyilir ki, Kamran bəy bu postdan uzaqlaşdırılacaq.
Bu, çox yaxşı hadisə olar. Klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf dərindən etdiyi analizlərlə, düzgün strategiya ilə "Neftçi"mizi layiq olduğu yerə daşıyacaq,
Mən əminəm ki, o, islahatları davam etdirəcək. Buna ehtiyac var".

