Emin “Qarabağ”dan bu futbolçuya zəng vurdu, “Neftçi”yə keçməyi təklif etdi - SON DƏQİQƏ

17 İyul 2023 23:40 Neftçi 10 886
Emin “Qarabağ”dan bu futbolçuya zəng vurdu, “Neftçi”yə keçməyi təklif etdi - SON DƏQİQƏ

“Neftçi” ilə yeni müqavilə imzalayan Emin Mahmudov transfer çalışmalarında yer almağa başlayıb.

Adrian Mutunun gəlişindən sonra bu işlərdə aktiv rol alan kapitan ilk cəhdini edib.

2017-ci ildən ağ-qara formanı geyinən yarıümmüdafiəçi “Qarabağ”dan Qara Qarayevə telefon açıb. O, millidən yaxşı tanıdığı və dostluq münasibətində olduğu dayaq yarımmüdafiəçisini “Neftçi”yə dəvət edib.

Mahmudov Qarayevi əmin eləyib ki, təklifi geri çevirməsə, “Neftçi”də əsas heyət oyunçusu olacaq.

Son aylar Ağdam klubunda əsas heyətə düşməyə çətinlik çəkən Qara bu çağırışa isti yanaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti