“Neftçi” Sankt-Peterburqda keçirilən “Matç TV kuboku”ndakı çıxışını başa vurub.
Təmsilçimiz vətənə qayıtmayıb, oradan Rusiyanın paytaxtı Moskvaya yollanıb.
İyulun 18-də “Spartak”la yoldaşlıq görüşündə qüvvəsini sınamaq üçün.
“Neftçi”nin Moskvaya üz tutduğu gün “ağ-qaralar”ın heyətinə qatmaq istədiyi Yuri Matias da paytaxta təşrif buyurub.
Adrian Mutunun israrla sərəncamında görmək istədiyi 28 yaşlı braziliyalı müdafiəçi “instagram” səhifəsində şəkil paylaşaraq Moskvadakı aeroporta endiyini elan edib.
Çox güman, onunla ən qısa müddətdə rəsmi anlaşma əldə olunacaq.
Maraq üçün bildirək ki, təmsilçimiz “ÇFR Kluj”a məxsus olan Matias üçün 500 min avrosundan keçməyə hazırdır.
HƏBİB / SPORTİNFO.AZ


