“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu ilə bağlı maraqlı fakt üzə çıxıb.
Bakılılarla 2 illik müqavilə imzalayan rumıniyalı çalışdırıcı “ağ-qaralar”ın son 1 ildə keçiridiyi rəsmi oyunların 60 faizini izləyib.
Gənc mütəxəssis bunun üçün hər gün 12 saatını ekran qarşısında keçirib.
Son 3 həftəsini komandaya öyrənməyə sərf edən Mutu xüsusi raport hazırlayıb. O, bu məqsədlə “Rapid”də bərabər işlədiyi və “Neftçi”yə də gətirdiyi köməkçilərindən rəy alıb.
SPORTİNFO.AZ

