ÇFR-in müdafiəçisi Yuri Matiasın “Neftçi”yə transferi reallaşıb.
Sportinfo.az-ın “digisport.ro”ya istinadən məlumatına görə, keçidin detalları da artıq müəyyənləşib.
Rumıniya klubunun bu transferdən qazandığı məbləğ də açıqlanıb.
Bildirilib ki, “Neftçi” braziliyalı mərkəz müdafiəçisinin keçidi müqabilində ÇFR-ə 400 min avro (763 min manat) ödəyib.
28 yaşlı Matias hazırda Moskvada təlim-məşq toplanışında olan “Neftçi”nin düşərgəsindədir.

