“Ona çox pis olduq”

17 İyul 2023 08:20 Neftçi 805
“Ona çox pis olduq”

“Bizim üçün önəmli olan UEFA Konfrans Liqasındakı matçlardır”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiyada təlim-məşq toplanışında olan “Neftçi”nin futbolçusu Rəhman Hacıyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinin yaxşı keçdiyini söyləyib:

“Təzə-təzə özümüzə gəlməyə başlayırıq. Çünki komandaya sonradan qoşulan oyunçular var idi.

Yeniləri də olacaq. Tam hazır deyilik, bir az vaxt lazımdır.

Təbii ki, “Matç TV” turniri də vacibdir, amma ən önəmlisi avrokuboklardır. Həmin görüşlərədək tam hazır olacağıq. Hələlik vaxtımız var”.

Hacıyev ilk iki oyunda qapıçıların zədələnməsinin onlara təsir etdiyini bildirib:

“Emil Balayevin sıradan çıxmasına çox pis olduq, Allah ona şəfa versin.

Çünki komandaya yeni gəlib və çox həvəsli idi. Aqil Məmmədovun durumu isə artıq yaxşıdır”.

“Zenit”ə 1:3 hesabı ilə uduzduğumuz ilk qarşılaşmanın birinci hissəsində yaxşı oynadıq. İkinci yarıda isə güc yox idi.

Çünki komanda hazır deyildi. Ona görə də, bu, normaldır.

“Zenit”in necə komanda olduğu hamıya bəllidir. İkinci oyunda “Srvena Zvezda”ya (Serbiya) 0:4 hesabı ilə uduzduq ”.

Paytaxt təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə görüşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti