COP29

Adrian Mutu "Neftçi"nin gənc istedadı ilə görün nə etdi! - VİDEO

17 İyul 2023 22:20 Neftçi 3 956
Adrian Mutu "Neftçi"nin gənc istedadı ilə görün nə etdi! - VİDEO

"Neftçi" Adrian Mutunun rəhbərliyi altında məşqlərini davam etdirir.

Rumıniyalı mütəxəssis məşqlərdə yalnız göstəriş verməklə yetirmələrinin taktiki-texniki hazırlığını artırmır.

Dövrünün ulduz futbolçularından olan mütəxəssis həm də onlara əyani olaraq futbolun sirlərini öyrədir.

Belə ki, "İnter", "Çelsi", "Yuventus" kimi top klubların şərəfin qorumuş veteran oyunçu məşqlərin birində gənc qapıçı Rza Cəfərovu sınağa çəkib.

Lakin 19 yaşlı gənc 44 yaşlı çalışdırıcının usta zərbəsi qarşısında aciz qalıb.

Adrian Mutu baxımlı qolla həm qocalmadığını göstərmiş olub, həm də yetirmələrinə əyani dərslik verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anın görüntülərini aşağıdakı linkdə izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti