"Neftçi"dən Səudiyyə Ərəbistanı klubuna getdi

17 İyul 2023 10:40 Neftçi 1 760
"Neftçi"dən Səudiyyə Ərəbistanı klubuna getdi

"Neftçi"dən ayrılan gürcüstanlı Solomon Kverkveliyanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasına Səudiyyə Ərəbistanında davam edəcək.

Gürcüstan millisinin üzvü "Əl-Oxdud"a keçib.

Solomon Kverkveliya 2022-ci il iyulun 4-də "ağ-qaralar"la 2 illik müqavilə imzalamışdı.

Paytaxt təmsilçisi ötən gün oyunçu ilə sözləşmənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!