“Neftçi”nin braziliyalı hücumçusu Mateus Saldanya “Matç TV Kuboku” çərçivəsində səfər etdikləri Rusiya ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, onun ilkin təəssüratları müsbət olub:
“Siyasətlə idmanı qarışdırmağı sevmirəm və bunu etmək istəmirəm. Rusiyaya müsbət emosiya ilə yollandıq.
İlk təəssüratlarım necədir? İnsanlar bizi qonaqpərvərliklə qarşıladılar. Ruslar haqda ancaq yaxşı fikirlər səsləndirə bilərəm”.

