"Fənərbaxça"nın baş məşqçisi "Neftçi"dən nə dedi, bilirsiz?

17 İyul 2023 00:40 Neftçi 4 292
"Fənərbaxça"nın baş məşqçisi "Neftçi"dən nə dedi, bilirsiz?

"Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal Sankt-Peterburqda keçirilən "Matç TV” kubokunda “Neftçi” üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis qazanılan qələbə haqda bunları deyib:

"Biz öz oyunumuzu göstərməyə çalışırdıq. Bəzi matçlarda alınırdı, bəzilərində yox.

“Neftçi”yə oyunda fəlsəfəmizi hiss etdirməyə çalışdıq. Xüsusən ikinci hissədə.

Qol vurduq və qalib gəldik. Bu cür turnir üçün Sankt-Peterburqa gəlmək xoş idi.

Belə hava şəraitində burada keçirilən toplanış bizim üçün çox məhsuldar alındı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti