“Mən istərdim ki, klubumuzda işini davam etdirsin, ancaq o…”

16 İyul 2023 22:20 Neftçi 1 275
“Mən istərdim ki, klubumuzda işini davam etdirsin, ancaq o…”

“Onun gedişi mənim üçün gözlənilməz oldu”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın prezidenti Riad Rəfiyev deyib.

«Gənclik şəhəri” təmsilçisində gözlənilməz gediş yaşanıb. 2011-ci ildən, klubun yarandığı tarixdən burada mətbuat xidmətinin rəhbəri vəzifəsini tutan Rəşad Məmmədov iş yerini tərk edib.

O, «Səbail»də eyni postu tutub. Rəfiyev Məmmədovun ayrılmasına təəssüfləndiyini bildirib:

“Rəşad müəllim ilk gündən “Sumqayıt”da çalışırdı. Klubun inkişafında böyük xidmətləri var.

Burada çox iş görüb. Mən istərdim ki, “Sumqayıt”da işini davam etdirsin.

Ancaq onun qərarı belə oldu. Fikrinə hörmətlə yanaşıram.

Yeni mətbuat xidmətinin rəhbərinin adını yaxın günlərdə açıqlayacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti