“Neftçi” dəyişikliklər astanasındadır.
Adrian Mutu kimi bahalı məşqçinin gətirilməsi, rumına istədiyi transferləri həyata keçirmək imkanı yaradılması qlobal dəyişikliklərin yaşana biləcəyinə işarədir.
Son həftələrdə transfer məsələlərindəki bütün işlər tanınmış agent Kamil Məmmədova tapşırılıb.
Elə Mutunu Azərbaycana gətirən də sözügedən menecer olub.
Məmmədov rumıniyalı mütəxəssisin meneceri ilə birbaşa təmasa keçdikdən sonra sövdələşmənin baş tutmasına nail olub. Bundan sonrakı proseslərdə də özü iştirak edəcək.
Mutu Bakıya gəlib müqavilə bağladıqdan sonra komandanın düşərgəsinə qoşulmaq üçün Sankt-Peterburqa yola düşüb ki, Kamil Məmmədov onu tək buraxmayıb. Onlar Rusiyaya eyni təyyarədə uçub.
HƏBİB / SPORTİNFO.AZ

