“Mən bunun əleyhinəyəm, "Neftçi"yə canla-başla xidmət etməyə hazıram”

16 İyul 2023 12:20 Neftçi 2 433
“Mən bunun əleyhinəyəm, "Neftçi"yə canla-başla xidmət etməyə hazıram”

Son günlər Azərbaycan futbo ictimaiyyətində geniş müzakirə mövzusu olan məsələlərdən biri də "Neftçi"də başlayan dəyişiklərdir

. Bu məsələyə "ağ-qaralar"ın veteran futbolçuları da münasibət bildiriblər.

Onlardan biri də "Neftçi"nin sabiq kapitanı Mahir Şükürovdur.

Mediada yazılır ki, sabiq müdafiəçi "ağ-qaralar"ın yeni baş məşqçisi Adrian Mutuya köməkçi gətiriləcək. Bununla bağlı Mahir Şükürov Sportinfo.az-a danışıb.

O, rumıniyalı mütəxəssisin təyinatını çox müsbət qarşıladığını qeyd edib:

"Bir çoxları deyir ki, Adrian təcrübəsizdir, baş məşqçi kimi uğurları yoxdur. Bu, düzgün yanaşma deyil.

"Neftçi"mizə baş məşqçi təyin olunduğu gündən etibarən mediada rumıniyalının jestlərinə çox diqqət yetirirəm. Çalışır ki, məşqçilik karyerası "Neftçi" ilə bərabər yüksəlişə keçsin.

Mən birmənalı şəkildə Mutu ilə bağlı neqativ yönümlü müzakirələrin əleyhinəyəm. Rumıniyalı çalışdırıcıya çox inanıram.

SOCAR rəhbərliyinin bu düzgün seleksiyasını alqışlayıram. Sevindirici haldır ki, artıq cənab Rövşən Nəcəf "Neftçi"mizin gələcək strategiyasını özü qurur, müəyyənləşdirir.

"Neftçi"nin sabiq kapitanı kimi Rövşən müəllimə bu təyinatla bağlı təşəkkürümü bildirirəm.

Son günlərdə adımın baş məşqçinin köməkçisi vəzifəsində hallanmasından xəbərdaram. Bu xəbəri sizin kimi, mən də mediadan oxudum.

Mənə sosial şəbəkələrdən geniş dəstək mesajları gəldi. Hamıya təşəkkür edirəm.

Bu şərəfli vəzifədə işləmək mənim üçün fəxr olar. "Neftçi"yə canla-başla xidmət etməyə hazıram.

Fərq etmir, hansı post olar. "Neftçi"nin sabiq kapitanı olaraq, bundan fəxarət hissi duyaram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti