"Neftçi" Edin Cekonun yeganə qoluyla "Fənərbağça"ya uduzdu

15 İyul 2023 17:10 Neftçi 1 241
"Neftçi" Edin Cekonun yeganə qoluyla  "Fənərbağça"ya uduzdu

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gəlib.

"Smena" stadionunda baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0. "Fənərbağça"nın qolunu 73-cü dəqiqədə Edin Ceko vurub.

"Ağ-qaralar" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub.

"Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartak"ı ilə görüşəcək.

Yeni mövsümdə Azərbaycanı konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti