“Neftçi” hər yerə səs salan tanınmışdan niyə son anda İMTİNA ETDİ? - VİDEO

15 İyul 2023 20:00 Neftçi 2 202
“Neftçi” hər yerə səs salan tanınmışdan niyə son anda İMTİNA ETDİ? - VİDEO

Son günlər “Neftçi” azarkeşlərinin baş məşqçilik postuna ilk namizəd olan Sergen Yalçının keçidinin baş tutmaması ilə bağlı fikirlər səsləndirilir.

Sportinfo TV-nin aparıcı-eskperti Elçin Cəfərov tamaşaçılara və oxuculara üz tutaraq deyib ki, son günlərdə sosial şəbəkə hesablarından ona çoxsaylı suallar ünvanlanır:

Əziz “Neftçi” azarkeşləri! Sonuncu dəfə bu mövzuya toxunaraq demək istərdim ki, Sergen Yalçın keçidinin baş tutmamasında mənim heç bir günahım yoxdur (gülür).

Biz dediyimiz tarixdə türkiyəli çalışdırıcı Bakıya gəldi, iki illik müqavilə nəzərdə tutulurdu.

Amma biz nə edək ki, Sergen hoca qeyri-səmimi oldu?

Sergen Yalçının Bakıdakı görüş müddətində Azərbaycan futbolu ilə bağlı söylədikləri, "Qarabağ"ın hegemonluğuna son qoyulması ilə əlaqədar iddialı fikirlər səsləndirməsi birmənalı qarşılanmayıb.

Yəni, heyətlə tanış olmadan, son durumla bağlı analizlər aparmadan bu formada çıxışı qeyri-ciddi görsənib. İki milyon dollar tələb edib, rəhbərlik son olaraq 1,1 milyon dollarda dayanıb.

Sizə dediyim kimi, “şənbə gününə qayıdacan”ı deyib, o vaxtda isə müddəti 2 gün daha uzadıb. Daha sonra xəbər çıxmayıb.

İndi bu müddətdə Elçin Cəfərov nə etməli idi? Bizim işimiz azarkeşlərə düzgün məlumatlandırmaqdır.

Çox şükür, bu periodda da həm “Sportinfo TV”də, həm də “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişi olaraq həmkarım Pərviz Musayevlə birlikdə səsləndirdiyimiz, yazdığımız informasiyalar düzgün idi.

Sadəcə, Sergenin qeyri-ciddiliyi buna imkan vermədi. Anlaşmasaydılar, Sergeni özəl təyyarə ilə gətirib, baş məşqçi Regekampfı istefaya göndərərdilər?”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti