“Neftçi”nin yeni baş məşqçisi: Adrian Mutu
Yaşı: 44
Vətəndaşlığı: Rumıniya
Baş məşqçi kimi göstəriciləri
2017/18 “Voluntari” (Rumıniya): aprel-iyun 2018
12-ci yeri tutub (14 komanda arasında), nəticədə aşağı liqada 3-cü olmuş komanda ilə pley-offda mübarizə aparıb, yalnız penaltilər seriyasında qalib gələrək Liga I-də qala bilib.
2018/19 “Əl Vahda” (BƏƏ): Gənclər komandası.
Maraqlıdır, Mutunun “Əl Vahda”ya keçməsində 2017-2018-ci illərdə bu klubun əsas komandasını çalışdırmış “Neftçi”nin keçmiş baş məşqçisi Laurentiu Regekampfın əli olubmu? Bəs özündən sonra “Neftçi”yə məhz Mutunun gəlməsində?
Rumıniya U-21 millisi: yanvar 2020 – aprel 2021
Seçmə mərhələnin son 5 oyununda komandaya rəhbərlik edib, Rumıniya tarixində 3-cü dəfə final mərhələsinə vəsiqə qazanıb, burada da qrupda 3-cü yeri tutaraq mübarizəni dayandırıb (1 qələbə, 2 heç-heçə ilə 5 xal toplasa da).
2021/22 FC “Krayova” (Rumıniya): iyun 2021 – oktyabr 2021
Liga I-in debütantı olub, Mutu gedəndə 13-cü yerdə qərarlaşıb və yekunda da 10-cu yeri tutub (16 komanda arasında).
2021/22 “Rapid” (Rumıniya): mart 2022-dən
9-cu yer
2022/23 “Rapid” (Rumıniya)
9 turdan sonra 21 xalla liderliyə yüksəlsə də...
Yekunda 5-ci yeri tutub ki, bu, klubun 2012/13 mövsümündən bəri ən yaxşı göstəricisidir.
Ən çox qarşılaşdığı məşqçi:
George Haci (“Farul”) – 6 oyun (3 heç-heçə, 3 məğlubiyyət)
Ən böyük qələbəsi:
“Rapid” – “Qaz Metan” 8:0 (2022)
Ən böyük məğlubiyyəti:
“Farul” – “Rapid” 7:2 (2023)
Rumıniyada ayın məşqçisi: Aprel, 2022
Maraqlıdır ki, həmin ay Laurentiu Regekampf da sorğuda ikinci olmuşdu.
Avrokuboklarda: 0 oyun
Rəhbərlik etdiyi klublar hazırda UEFA reytinqində:
“Voluntari” – yoxdur
FC “Krayova” – yoxdur
“Rapid” – yoxdur (sonuncu dəfə 2012/13 mövsümündə çıxış edib)
“Neftçi” – 135-ci yer
Müsahibələrinin birində özünü 50 yaşında hansı vəzifədə görməsilə bağlı suala inamla belə cavab verib: “Millinin baş məşqçisi!”
“Bəs Adrian Mutu nə qədər güclü futbolçu olub” sualına biz də bir faktla cavab verək: “Yalnız bir dəfə - Pavel Nedvedin qalib olduğu 2003-cü ildə “Qızıl top”un sorğusunda cəmi 1 xal qazanaraq, 22-26-cı yerləri bölüşdürüb”.
Rasim Mövsümzadə
Xüsusi olaraq “Sportinfo” üçün

