"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu ilk transferin gerçəkləşdirib.
Söhbət Rumıniya CFR-ində çıxış edən Yuri Matiasdan gedir.
"Ağ-qaralar"la 28 yaşlı müdafiəçi arasında bütün detallarda razılıq əldə olunub.
Onunla 2 illik müqavilə imzalancaq.
Braziliyalı oyunçu üçün paytaxt təmsilçisi 400 min avro təzminat ödəməli olub.
XANOĞLAN / SPORTİNFO.AZ

