Adrian Mutunun gəlişindən sonra “Neftçi”də növbəti ayrılıq qeydə alınıb.
Son iki mövsümdə seleksioner məşqçi kimi klubda fəaliyyət göstərən Vadar Nuriyev iş yerini tərk edib.
Vaxtilə “ağ-qaralar”ın əvəzedici komandasını çalışdırmış mütəxəssis “Araz Naxçıvan"dan dəvət alıb.
V.Nuriyev vaxtilə AZAL və “Şamaxı”da da işləyib.
Lorentsiu Regekampfın baş məşqçi postundan uzaqlaşdırılmasından sonra “Neftçi”nin əsas komandasını Sankt Peterburqda keçirilən “Matc TV” Kubokuna onunla İqor Getmanın aparmasını da xatırladaq.
SPORTİNFO.AZ

