“Rapid”in (Buxarest) kapitanı Kristian Sapunaru sabiq baş məşqçisi Adrian Mutunun “Neftçi”ni seçməsinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, o, Mutunun Rumıniyadan ayrılmasına baxmayaraq ən yaxşısı üçün çalışacaqlarını söyləyib:
"Çətindir. Adrian Mutu çempionatın başlamasına altı gün qalmış “Rapid”dən ayrıldı.
Amma ona ən yaxşısını arzulayıram. Biz yeni baş məşqçinin rəhbərliyi altında çempionatı yaxşı bitirməliyik".
39 yaşlı futbolçu “Neftçi”dən gələ biləcək təkliflə bağlı suala mənfi reaksiya verib:
“40 yaşımda heç yerə getməyəcəm. İstənilən şərt altında”.

