Kamran Quliyevin "Neftçi"nin prezidenti vəzifəsindən ayrıldığını xəbər vermişdik.
Bu posta təyinatın əcnəbi olacağı barədə də məlumat vermişdik.
Artıq "ağ-qaralar"ın "çiçəyi burnundakı" rəhbərinin hansı ölkədən olacağına da aydınlıq gəlmək üzrədir.
"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərovun özəl xəbərinə görə, əsas namizədlərdən biri də Türkiyədəndir:
"Neftçi"də Kamran Quliyev dönəmi başa çatıb. Komanda Bakıya gəldikdən sonra struktur dəyişikləri olacaq.
Kluba rəhbərlik etməyə namizədlərdən biri də Türkiyədəndir. Həmin potensial namizədlə söhbətimdə adının hallanmamısının sözünü verdim.
Bu məsələ gələn həftə dəqiqlik qazanacaq. O, qardaş ölkənin önəmli klublarında rəhbər vəzifələrdə CEO olaraq çalışıb.
Hazırda "Sivasspor" və "Alanyaspor" kimi kublardan təklif almasına baxmayaraq, SOCAR-dan cavab gözləyir.
İnanıram ki, onun gəlişi ilə "Neftçi" daha fərqli səviyyəyə çatacaq. Gözünüz bizdə olsun. Tezliklə, o adı açıqlayacam".

