"Neftçi" fanatları Avropada coşqusu və kluba sadiqliyi ilə tanınır.
Onların komandadan gözləntilərinin çox olduğunu bilirəm”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yeni baş məşqçisi Adrian Mutuya aiddir.
“Ağ-qaralar”la 2 illik müqaviləyə imza atan rumıniyalı çalışdırıcı Azərbaycan Premyer Liqasındakı rəqabətdən çəkinmədiyini deyib:
“Azarkeşlərlə çox yaxşı münasibət quracağıma inanıram. Bunun üçün zamana ehtiyac var.
Bu da bir həqiqətdir ki, hər şey bizim işimizdən, meydandakı oyunumuzdan və nəticələrimizdən asılıdır. "Neftçi"ni yenidən zirvəyə daşıyacağımıza inanıram.
Burada yaxşı mübarizə mühitinin olduğunu bilirəm. Bu, məni narahat etmir.
Əksinə, mübarizə olan yerdə inkşaf da olur. Qarşıdakı mövsüm daha yaxşı mövqedə olacağımıza inanram".

