“Rusiya turniri yerinə düşmədi”.
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Neftçi”nin “Matc TV” kubokunda iştirakına münasibət bildirib.
Tatnınmış teleşərhçi deyib ki, paytaxt klubu Sankt Peterbuqrda təşkil olunan yarışa qatılmaqdansa, normal təlim-məşq toplanışı keçmək daha məqsədəuyğun idi:
“Adətən, yay toplanışı vaxtı komandalar avrokuboklarda onlara düşən rəqibə uyğun sparrinq seçirlər. Piterdəki turnirdə iştirak edən komandalar “Neftçi”dən açıq-aşkar üstündür.
“Zenit”, “Srvena Zvezda” və “Fənərbağça” başqa səviyyədir. Nəticələri qoyuram bir kənara, ab-hava “Neftçi”nin futbolçularına psixoloji cəhətdən pis təsir də bilər”.
“Neftçi” Piterdəki turnirdə iki oyuna çıxıb. “Ağ-qaralar” əncə “Zenit”ə 1:4, ardınca “Srvena Zvezda”ya (Serbiya) 0:4 hesabıyla uduzub.
Bakılılar qarşıdüakı günlərdə “Fenerbağça” və Moskva “Spartak”ı ilə üz-üzə gələcək.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

