Mutu gələn kimi Cənubi Azərbaycan klubunda oynamış braziliyalını “Neftçi”yə istədi

14 İyul 2023 08:30 Neftçi 2 267
Mutu gələn kimi Cənubi Azərbaycan klubunda oynamış braziliyalını “Neftçi”yə istədi

“Neftçi”nin yeni baş məşqçisi Adrina Mutunun komandaya cəlb etmək istədiyi ilk futbolçu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis rəhbərlikdən Rumıniya ÇFR-ində çıxış edən Yuri Matiasın transfer olunmasını istəyib.

Bu barədə “Prosport.ro” məlumat yayıb.

“Ağ-qaralar”ın 28 yaşlı mərkəz müdafiəçisi üçün danışıqlara başladığı bildirilir. Rumıniya klubunun 500 min avro tələb etdiyi iddia olunur.

“Neftçi”dən başqa Mutunun sabiq klubu “Rapid” də braziliyalı futbolçunun xidmətində maraqlıdır.

Matias “Qaz Metan” (Rumıniya), “Traktor” (Təbriz), “Akademika” (Portuqaliya) klublarında da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti