COP29

Adrian Mutu: "Mənim “Neftçi"ni seçməyimdə iki səbəb var"

14 İyul 2023 07:20 Neftçi 4 008
Adrian Mutu: "Mənim “Neftçi"ni seçməyimdə iki səbəb var"

"Neftçi"ni seçməyimdə iki səbəb var: əvvəla "ağ-qaralar" mənə görə ölkənin ən böyük klubudur.

İkincisi, komandanın qarşıdakı il üçün nəzərdə tutulan layihəsi məni cəlb etdi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu "CBC Sport"a müsahibəsində deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, əsas hədəf komandanı yenidən zirvəyə qaytarmaqdır:

"Biz təkcə ölkə çempionluğu haqqında fikirləşməməliyik, həm də Azərbaycanı Avropada layiqli təmsil etməliyik.

Bunun üçün yaxşı şərait var. Danışıqlar zamanı klubun məqsədləri və müasir futbolun tələblərinə cavab verən inkşaf planı məndə çox gözəl təəssürat oyandırdı.

Ən önəmlisi klubun planlarıdır. Ötən illə müqayisədə komandanı daha yaxşı nöqtəyə çatdırmağa çalışacağıq. Asan olmayacaq, amma biz buna inanırıq".

"Neftçi" Adrian Mutu ilə 2 illik müqavilə imzalayıb. Məşqçilik karyerasına 37 yaşında başlayan mütəxəssisin sonuncu iş yeri ölkəsinin "Rapid" klubu olub.

O, müxtəlif vaxtlarda Rumıniyanın "Voluntari", "Universitatya Krayova", həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vəhdə" klubunda və Rumıniya millisinin gənclər komandasında işləyib.

Digər Xəbərlər
Xəbər Lenti