"Neftçi"dən SON XƏBƏR - Daha bir legionerlə yollar ayrıldı

13 İyul 2023 17:20 Neftçi 2 618
"Neftçi"dən SON XƏBƏR - Daha bir legionerlə yollar ayrıldı

Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" daha bir futbolçusu ilə vidalaşıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, gürcüstanlı müdafiəçi Solomon Kverkveliya ilə yollar ayrılıb.

31 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Gürcüstan millisinin də üzvü olan Solomon Kverkveliyanın "ağ-qaralar"la 2024-cü ilin yayınadək sözləşməsi var idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti