“Neftçi”yə lazım olmayan legionerin hansı klubla müqavilə bağladığını bilirsiz?

12 İyul 2023 16:40 Neftçi 15 150
“Neftçi”yə lazım olmayan legionerin hansı klubla müqavilə bağladığını bilirsiz?

“Neftçi”dən ayrılan Voislav Stankoviçin yeni iş yeri müəyyənləşməsi haqda məlumat vermişdik.

4 il “ağ-qaralar”ın şərəfini qorumuş 35 yaşlı müdafiəçi karyerasını vətənində davam etdirəcək.

O, Pançevo şəhərinin “Jelezniçar” klubu ilə anlaşıb. Müqavilə müddəti “1+1” şərti ilə nəzərdə tutulub.

“Jelezniçar”ın 76 yaşı olmasına baxmayaraq, ötən mövsüm birinci dəstədə çıxış edib və çempionatın yekununda ikinci pilləni tutaraq tarixində ilk dəfə elitada çıxış etmək imkanı qazanıb.

2014-15 mövsümünün ikinci yarısında “İnter”in (indiki “Şamaxı”), 2015-ci ildən 2019-cu ilə qədər “Qəbələ”nin, son 4 ildə isə “Neftçi”nin uğurları üçün tər tökmüş serbiyalı müdafiəçi bu müddətdə Premyer Liqada 201 oyunun iştirakçısı olub, 9 qolla yadda qalıb.

O, “Neftçi”nin formasında bütün turnirlərdə meydana çıxdığı 126 qarşılaşmada 8 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti