500 min avroluq braziliyalı “Neftçi"də? - Yeni baş məşqçinin ilk transfer hədəfi

12 İyul 2023 14:20 Neftçi 6 113
500 min avroluq braziliyalı “Neftçi"də? - Yeni baş məşqçinin ilk transfer hədəfi

"Neftçi"nin yeni baş məşqçisi Adrina Mutunun komandaya cəlb etmək istədiyi ilk futbolçu bəlli olub.

Sportinfo.az "Prosport.ro" saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis rəhbərlikdən Rumıniya CFR-ində çıxış edən Yuri Matiasın transfer olunmasını istəyib.

"Ağ-qaralar"ın bunun üçün danışıqlara start verdiyi də bildirilib. "Neftçi"dən başqa Mutunun sabiq klubu "Rapid" də 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

CFR-in braziliyalı oyunçu üçün 500 min avro istədiyi də iddia olunur.

"Neftçi" ötən gün Adrian Mutu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti