"Neftçi"nin sabiq legioneri Xorxe Korreanın yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, argentinalı vinger karyerasını Portuqaliyada davam etdirəcək.
30 yaşlı ön xətt oyunçusu "Torrense"yə keçib.
Onunla 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Xorxe Korrea 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvarınadək "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində 2 Premyer Liqa matçında meydana çıxıb.


