"Neftçi"yə gəldi, hava limanında sorğu-suala cavab vermədi - FOTO

12 İyul 2023 02:40 Neftçi 1 453
"Neftçi"yə gəldi, hava limanında sorğu-suala cavab vermədi - FOTO

"Neftçi"nin baş məşqçisi vəzifəsinə təyinat alan Adrian Mutu Rumıniyadan Azərbaycana gəlib.

Sportinfo.az "Antena Sport" nəşrinə istinadən xəbər verir ki, Bakıya yola düşmək üçün hava limanına gedən mütəxəssis orada jurnalistlərə açıqlama vermək istəməyib.

Mutunun rəhbərlik etdiyi məşqçi heyətinin "Neftçi"də bir mövsüm üçün 700 min avro qazanacağı iddia olunur.

Daha öncə Mutu çalışdırdığı “Rapid”dən ayrılıb və “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti