“Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərindəki təlim-məşq toplanışı davam edir.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” toplanışın 13-cü günündə səhər məşqinə çıxıblar.
“Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Emil Balayev iştirak etməyib. Əvəzində, komandamızın düşərgəsinə qayıdan digər qapıçımız Aqil Məmmədov məşqə qatılıb.
Məşqdə əsasən fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
“Matç TV Kuboku”nda “Zenit” və “Srvena Zvezda” ilə qarşılaşmış “Neftçi” sonuncu oyununu “Fenerbahçe”yə qarşı keçirəcək.
Görüş iyulun 15-i Bakı vaxtı ilə saat 15:00-da “Smena” stadionunda baş tutacaq.

