"Neftçi"nin futbolçusu Xorvatiyadan gələn təklifə "YOX" dedi

12 İyul 2023 23:00 Neftçi 49 352
"Neftçi"nin futbolçusu Xorvatiyadan gələn təklifə "YOX" dedi

Turan Vəlizadəyə Xorvatiyadan təklif gəlib.

Adıçəkilən ölkənin "Varazdin" klubu 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olub.

Amma tərəflər arasında anlaşma baş tutmayıb.

Xorvatiya təmsilçisinin təklif etdiyi şərtlər futbolçumuzu qane etməyincə danışıqlar dayandırılıb.

Turan başa çatan sezon "Turan"da icarədə olub. O, bölgə klubunda meydana çıxdığı 30 matçda 1 qolla yadda qalıb.

Orta sahə oyunçusu müqavilə ilə "Neftçi"yə məxsusdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti