«Neftçi»də idarəetmə strukturu dəyişdirilir. Bununla bağlı redaksiyamıza mühüm məlumat daxil olub.
Aldığımız informasiyaya görə, klubun Müşahidə Şurası prezidentlik institutunun ləğvini planlaşdırır.
Yenilik tətbiq olunarsa, onun yerində futbol direktoru postu yaradılacaq. Və icraatla bağlı bütün səlahiyyətlər həmin vəzifəni tutacaq şəxsin əlində cəmləşəcək.
Futbol direktorluğuna ən real namizəd əcnəbidir. Böyük Britaniyadandır. Əvvəllər İngiltərə Premyer Liqasında və Çempionşipdə müxtəlif klublarda çalışıb.
Düzdür, şura üzvlərindən həmin posta yerli futbol funksionerin gətirilməsini istəyənlər də var.
Onların konkret namizədi də var – vaxtilə AMMK («Olimpik»), «Standart» kimi klubların yaradılmasında iştirak etmiş, hazırda isə «Qusar»ın başında dayanan Kamil Məmmədov.
SPORTİNFO.AZ

