Rumıniya klubu "Neftçi"dən bu qədər pul aldı – YENİ TƏYİNAT ÜÇÜN

11 İyul 2023 14:40 Neftçi 2 099
Rumıniya klubu "Neftçi"dən bu qədər pul aldı – YENİ TƏYİNAT ÜÇÜN

Bugündən «Netfçi»də rəsmən Adrian Mutu dönəmi başladı.

Bakılı rəsmilər rumıniyalı ilə 2 illik müqavilə bağladı.

Bu təyinat «ağ-qaralar»a havayı başa gəlməyib. 44 yaşlı mütəxəssisin Azərbaycanda çalışması üçün «Rapid»ə təzminat ödənilib.

Buxarest təmsilçisi 200 min avroluq razılıq əsasında Mutu ilə kontrakta xitam verib.

O, ötən ildən Rumıniyanın paytaxt klubunda işləyirdi və sözləşməsi 2025-ci ilə qədər qüvvədə idi.

Adrian Mutu “Voluntari” (Rumıniya, 2018), “Əl Vəhdə” U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), “Universitatya Krayova” (Rumıniya, 2021) və “Rapid”in (Buxarest, Rumıniya, 2022-2023) baş məşqçisi olub.

UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!