"Eşitdiyimə görə, "Neftçi"də…"

11 İyul 2023 09:20 Neftçi 37 400
"Eşitdiyimə görə, "Neftçi"də…"

"Srvena Zvezda"nın futbolçusu Nemanya Milunoviç "Matç TV" turnirində "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin böyükhesablı məğlubiyyətə layiq olmadığını bildirib:

"4:0 gözəl nəticədir. Xüsusən də, möhtəşəm komandaların olduğu turnirdə. "Neftçi" ikinci hissədə yaxşı mübarizə apardı.

Bu cür hesabla uduzmağa layiq deyildilər. Eşitdiyimə görə, baş məşqçiləri də yoxdur. Bunlar hiss edilir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!