"Neftçi"nin baş məşqçisi olacağı gözlənilən Adrian Mutunun maaşı ilə bağlı yeni məlumat yayılıb.
Sportinfo.az xəbər verir ki, Rumıniyanın "Digi Sport " saytı Mutunun rəhbərlik etdiyi məşqçi heyətinin "Neftçi"də bir mövsüm üçün 700 min avro qazanacağını yazıb.
Bu məbləğ Mutu və 3 köməkçisi arasında bölünəcək. Mutunun köməkçiləri Boqdan Petraşku, Alinu Cise və Mixayu Nadebanu olacaq.
Köməkçi məşqçilərə mövsüm ərzində 150-200 min avro ödəniləcək. Mutunun özü isə 10 ay üçün (bir mövsüm) 500-550 min avro qazanacaq.
Bu, aylıq 50-55 min avro deməkdir.
Rumıniyalı mütəxəssisin "Neftçi" ilə 2 illik müqavilə imzalayacağı bildirilir.
Baş məşqçi məsələsi ilə bağlı aparılan müzakirələrlə əlaqədar "Neftçi" və danışıqlarda yekun sözü deyəcək sponsor şirkət SOCAR heç bir açıqlama vermir.

