"Neftçi"yə keçəcəyi gözlənilən Miha Blajiç Azərbaycana gələsi olmayıb.
Sportinfo.az xəbər verir ki, sloveniyalı müdafiəçi Polşaya yollanıb.
30 yaşlı futbolçu “Lex”lə müqavilə imzalayıb. O, Poznan təmsilçisin iki illik müqavilə təklifindən imtina etməyib.
2022-ci ilin iyunundan “Anje”də oynayan Blajiç ötən mövsüm Fransa Liqa 1-də 24 matç keçirib və 2 qol vurub.
Karyerası ərzində ölkəsində “Koper” və “Domjale”, Macarıstanda “Ferentsvaroş”un formasını geyinmiş mərkəz müdafiəçisi Sloveniya millisində 25 oyun keçirib.
“Transfermarkt”a görə, onun dəyəri iki milyon avrodur.

